Bu diplomatlara rütbə verildi

08 İyul 2025, 17:04

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının əməkdaşlarına diplomatik rütbələr verilib.

Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, aşağıdakı diplomatik xidmət orqanların əməkdaşlarına diplomatik rütbələr verilib:

birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov İlham Nəriman oğlu

Mərdəliyev Seymur Qurban oğlu

ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi

Məmmədov Raman Ağamalı oğlu

Səfərova Nərgiz Abbasqulu qızı.