Enib-qalxma kanat sistemindən istifadə edən işçilərə (obyektdən, ilin fəsillərindən və iqlim şəraitindən asılı olaraq) istehsalçının istismar sənədlərinə uyğun olaraq, sürüşməyə qarşı dayanıqlı xassəyə malik xüsusi ayaqqabılar verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Odlu işləri yerinə yetirən elektrik-qaz qaynaqçıları və başqa işçilər üçün sığorta sisteminin stropu polad kanatdan, zəncirdən və ya xüsusi odadavamlı materiallardan hazırlanmalıdır.