Podratçı (baş podratçı), tikintini bilavasitə aparan şəxs kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda texnoloji sənədləri hazırlamaq və tətbiq etmək, tikintidə daxili əməliyyat nəzarətini, o cümlədən istifadə olunan tikinti materiallarının və məmulatının standartların, texniki şərtlərin və layihənin tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və tikinti işlərinin həyata keçirilməsi ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş müvafiq sənədləri tərtib etmək vəzifəsini yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.