Beynəlxalq Cinayət Məhkəməsi Taliban liderləri barəsində həbs qərarı çıxarıb.

Heftelik.az-ın xəbərinə görə, qərar  Beynəlxalq Cinayət Məhkəməsinin saytında yerləşdirilib.

Taliban Ali Rəhbəri Heybətullah Axundzadə və ədliyyə naziri Əbdül Hakim Həqqani bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.

Sözügedən Taliban rəsmiləri qadınlara qarşı təzyiq, Əfqanıstan xalqının fundamental hüquq və azadlıqlarını pozmaq, onları təqib etmək, eləcə də bir sıra digər cinayətlərdə günahlandırılır. Bu sıraya  işgəncə, adamqaçırma, həbs, qətl və təcavüz daxildir.

Qeyd edək ki, Taliban 2021-ci il avqustun 15-də Əfqanıstanda hakimiyyətə gəlib.