Yerləbirləşdirmə və sıfırlanma mühafizə keçici xətləri (naqilləri) birləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Beləliklə, yerləbirləşdirmə və sıfırlanma mühafizə keçici xətləri (naqilləri) aşağıdakı kimi birləşdirilməlidir:
– Qaynaq ilə – tikinti profillərindən tikilmiş magistrallarda;
– Bolt birləşmələri ilə – elektrik quraşdırma konstruksiyaları ilə tikilmiş magistrallarda;
– Bolt birləşmələri və ya qaynaqla – elektrik avadanlığına birləşmələrdə;
– Lehimləmə və ya təzyiqlə sıxmaqla – kabellərin sonluq işləmələrində və birləşdirici muftalarında. Birləşmə yerləri qaynaq edildikdən sonra rənglənməlidir.