Müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə eyni cinayət işi, yaxud əlaqəli bir neçə cinayət işi üzrə ittiham olunan şəxslərin ayrılıqda saxlanılması, təqsirləndirilən şəxsin digər həbs olunmuş şəxslərlə ünsiyyətinin qarşısının alınması, habelə həbs olunmuş şəxslərin saxlanılması qaydalarına zidd olmayan digər məsələlər barədə istintaq təcridxanasının müdiriyyətinə göstərişlər verə bilər.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.