Podratçı (baş podratçı) tikinti meydançasının idarə olunmasını və mühafizəsini təşkil etmək, tikinti meydançasında yanğın təhlükəsizliyini, təhlükəsiz əmək və zəruri sanitariya-gigiyena şəraitini, tikinti meydançasında və bitişik ərazilərdə ətraf mühitin mühafizəsini, tikinti meydançasının bilavasitə yaxınlığında yaşayan, istirahət edən və ya hərəkət edən insanların tikinti işləri ilə bağlı yarana bilən təhlükələrdən müdafiəsini, tikinti texnikasının və mexanizmlərinin təhlükəsiz istismarını təmin etmək və dövlət nəzarətinin, texniki nəzarətin və müəllif nəzarətinin həyata keçirilməsi zamanı tikintidə aşkar olunmuş qüsurları və pozuntuları aradan qaldırmaq vəzifəsini yerinə yetirir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.