Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 6 (altı) gün qalmış təqdimatın verilməsi üçün müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroruna və ya onun birinci müavininə müraciət edir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Azərbaycan Respublikası Baş prokuroru və ya onun birinci müavini təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin uzadılması zərurəti ilə razılaşdıqda, məhkəmə qərarı ilə müəyyən edilən həbsdə saxlama müddətinin keçməsinə ən geci 4 (dörd) gün qalmış məhkəməyə müvafiq təqdimatla müraciət edir.