İşçinin şaquli (üfüqi xəttə nisbətən 70o-dən çox) və maili (üfüqi xəttə nisbətən 30o-dən çox) səthlər üzrə qalxıb enməsi üçün, eləcə də dayaq olmayan fəzada asılı vəziyyətdə işləri yerinə yetirməsi üçün anker qurğularından və birləşdirici yarımsistemlərdən (elastik və ya sərt anker xətti, stroplar, kanatlar, karabinlər, enmə və qalxma üçün qurğular) ibarət olan kanatla yanaşma sistemi tətbiq edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.