Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Həbsə alınma, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində əmlakı baxımsız qalmış şəxs onun əmlakına nəzarət edilməsi hüququna malikdir. Göstərilən orqan həmin şəxsin əmlakına nəzarət edilməsi barədə xahişini onun hesabına təmin etməlidir.