İcra planında və ya naryad-buraxılış sənədində göstərilmiş sığorta sisteminin anker qurğusunun tipi və yerinin nələri təmin etməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İcra planında və ya naryad-buraxılış sənədində göstərilmiş sığorta sisteminin anker qurğusunun tipi və yeri aşağıdakıları təmin etməlidir:

– işçinin bilavasitə düşməsi zamanı (məsələn, obyektin elementlərinə dəyib zərbə alması) və ya düşmə zamanı dayandığı anda (məsələn, düşmə dayandırılan zaman yaranan təsirlərdən) xəsarət alma riskinin azaldılması üçün düşmə faktorunun minimal olmasını;

– düşmənin rəqqaslı trayektoriyasının tam qarşısını almaq və ya maksimal dərəcədə azaltmaq;

– işçinin altında onun düşməsi dayandırıldıqdan sonra stropun və ya dartıcı kanatın qoruyucu qurğusunun cəmi uzunluğunu, işə düşən amortizatorun və bütün birləşdiricilərin uzunluğunu nəzərə almaqla kifayət qədər boş məkanın olmasını.