Bakıda 60 yaşlı kişi qızını bıçaqlayıb.
Heftelik.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda baş verib.
Lerik rayon sakini Bəhruz Məmmədov (ad və soyad şərtidir) yaşadığı evdə qızı ilə mübahisə edib.
Mübahisə nəticəsində B.Məmmədov qızını döyüb. Bununla sakitləşməyən ata mətbəx bıçağı ilə qızının ayağına xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib və hadisə yerinə polis əməkdaşları gəliblər.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı ata və qızı barışdığı üçün hakim cinayət işinə xitam verib.