Partlayış təhlükəli zonada partlayış mühafizəli avadanlığın təmiri qüvvədə olan normativ sənədlərin tələblərinə uyğun aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Partlayış mühafizəli elektrik avadanlığının təmirinə ancaq xüsusi təlim və bilik yoxlanılmasından keçmiş mütəxəssislər buraxıla bilər.