İraqın Süleymaniyyə bölgəsində tərksilah olanlar arasında Hülya Oran da var.
Heftelik.az-ın NTV-yə istinadən verdiyi məlumata görə, kod adı Bese Hozat olan Hülya Oran Cəmil Bayıkla birlikdə PKK-nın yüksək səviyyəli lideri və KCK İcraiyyə Şurasının həmsədridir.
O, 2015-ci il oktyabrın 28-dən Türkiyə Daxili İşlər Nazirliyinin açıqladığı “ən çox axtarılan terrorçular” siyahısında qırmızı kateqoriyadadır. Nazirlik Oranın tutulması üçün 20 milyon lirəyə qədər pul mükafatı elan etmişdi.