Kanatla yanaşma sistemindən istifadə olunmaqla görülən işlər, anker qurğusu və birləşdirici yarımsistemlərdən (elastik və ya sərt anker xətti, amortizator, stroplar, kanatlar, karabinlər, tutucular, sığortalayıcı kəmərlər) ibarət sığorta sistemlərindən məcburi istifadə edilməklə yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bir kanatdan eyni zamanda həm sığorta sistemi, həm də kanatla yanaşma sistemi üçün istifadə etməyə yol verilmir.