Şəxsin əmlakına nəzarət edilməsinin təşkili barədə cinayət prosesini həyata keçirən orqanın göstərişi müvafiq dövlət orqanları, müəssisə, idarə və təşkilatlar üçün məcburidir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan bu maddəyə uyğun görülmüş tədbirlər barədə həbsdə saxlanılan şəxsə və ya digər maraqlı şəxsə təxirə salınmadan məlumat verməlidir.