Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və Prezident yanında İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut vəfat edib.
Heftelik.az-ın məlumatına görə, uzun müddətdir xərçəng xəstəliyindən müalicə alan Yiğit Bulut İstanbulda yerləşən özəl xəstəxanalardan birində 53 yaşında vəfat edib.
Qeyd edək ki, Yiğit Bulut 2013-cü ilin iyul ayında Baş nazirliyin baş müşaviri təyin olunub. 2014-cü ilin 30 avqust tarixində isə Prezidentin baş müşaviri vəzifəsinə gətirilib. O, həmçinin Prezident yanında İqtisadi Siyasət Şurasının üzvü idi.