Goranboyda iynədən şoka düşən 46 yaşlı qadın ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.

Belə ki, şəhərcikdə yaşayan 1979-cu il təvəllüdlü Aynur Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb. Qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.07.2025-ci il tarixində saat 14:30 radələrində Goranboy rayon sakini 1979-cu il təvəllüdlü (qadın cinsli) şəxsin vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub. Çğırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.