Polisin nəzarəti altına vermə yalnız azadlıqdan məhrum etmə növündə cəza tətbiq edilə bilən cinayətin törədilməsində şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilə bilər.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Qətimkan tədbirinin seçilməsinə zərurət olmadıqda, şübhəli və ya təqsirləndirilən şəxsdən təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin çağırışlarına gəlməsi və onların yaşayış yerini dəyişməsi, habelə müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən məlumat vermək barədə yazılı iltizam alınır.