Tikinti obyektlərinin inşası yalnız Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olaraq verilmiş tikintiyə icazə əsasında aparılır.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikinti fəaliyyəti subyektlərinin hərəkətləri qüvvədə olan qanunvericiliyin tələblərinə, tikinti prosesində yerinə yetirilən işlər, onların nəticələri və tikintisi başa çatmış tikinti obyektləri isə layihəyə, ərazi planlaşdırılması sənədlərinə (baş planlara və müfəssəl planlara) cavab verməlidir.