Anker xətləri, kanatlar və ya konkret konstruksiyaların stasionar istiqamətləndiriciləri, onların tətbiq olunma, quraşdırılma və istismar xüsusiyyətlərini müəyyən edən istehsalçı müəssisənin təlimatlarının tələblərinə cavab verməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Qəza vəziyyəti və xilasedici işlər yerinə yetirilən zaman təxliyyə planında hündürlükdə işlər icra olunarkən qəza və ya bədbəxt hadisə baş verdiyi halda adamların təxliyyəsini həyata keçirməyə imkan verən təxliyyə və xilasedici vasitələrin tətbiqi nəzərdə tutulmalıdır.