Bakıda iki maşının toqquşması nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Sabunçu rayonunda baş verib.
Belə ki, 1965-ci il təvəllüdlü Abasov Rizvan Vaqif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Baxışzadə Təbriz Ələz oğlunun idarə etdiyi “Skoda Rapid” markalı avtomobilin toqquşması nəticəsində “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb, həmin vaxtı yanında olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu, eləcə də “Skoda Rapid” markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər – 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu, və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzi PHŞ-nə yerləşdirilib.
Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
TƏBİB-dən bildirilib ki, iyulun 13-də saat 23:20 radələrində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (kişi cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.