Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Heftelik.az-ın xəbərinə görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.