ABŞ Prezidenti Donald Tramp növbəti dəfə açıq şəkildə Rusiya Prezidenti Vladimir Putindən məyusluğunu dilə gətirərək onun sözlərinin heç bir əhəmiyyət daşımadığını bildirib.

Heftelik.az  xəbər verir ki, Tramp bu barədə “Endryus” aviabazasında jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, Rusiya liderinin Ukraynadakı müharibənin nizamlanması ilə bağlı hərəkətləri məyusedicidir.

“Mən Prezident Putindən çox məyusam. Düşünürdüm ki, o, sözünün üstündə duran adamdır, lakin o hamını bombalayır”, – Tramp deyib.