İstintaq təcridxanasının müdiriyyətinin vəzifələrinin bir qismi açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

İstintaq təcridxanasının müdiriyyətinin vəzifələri sırasına istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etmək və dərhal aşağıdakı məlumatları qeydə almaq yer alıb:

–  adı, atasının adı, soyadı, anadan olduğu tarix və yer, yaşadığı ünvan;

– şəxsin həbs edilməsinin əsası və onun həbs edilməsi barədə qərarı qəbul etmiş orqan;

– istintaq təcridxanasına gətirilmənin tarixi və vaxtı;

– həbs edilmiş şəxsə məxsus olan və saxlanılmaq üçün anbara təhvil verilən əşyaların siyahısı;

– həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayəti;

– həkim sirrinə aid tələblər nəzərə alınmaqla, həbs edilmiş şəxsin özünün və ya digər şəxslərin saxlanılması şəraitinə təsir göstərə biləcək psixi və fiziki pozuntuları barədə məlumatlar.