
Heftelik.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Balabikə İslam qızı Zeynalova ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.
85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.
İlkin məlumata görə, qadın oğlu – 1972-ci il təvəllüdlü Ağamirzə İltimas oğlu Zeynalov tərəfindən döyülüb.
Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir.
Faktla bağlı araşdırma aparılır.