Sifarişçi bu AzDTN-nin 4.4-cü, 4.6-cı bəndlərində göstərilən və müqavilələrlə digər tikinti fəaliyyəti subyektinə həvalə olunmayan vəzifələrin icrasını təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, AzDTN 1.6-2 “Tikintinin təşkili” normalarında (Az DTN) əksini tapıb.
Tikintiyə icazənin alınması, tikinti obyektinin inşasına podratçının (baş podratçının) cəlb olunması, Məcəllənin 89-cu maddəsində nəzərdə tutulmuş tikinti layihələri istisna olmaqla, digər tikintilərin ekspertizadan keçmiş və müvafiq qaydada təsdiq edilmiş layihə sənədləri ilə təmin edilməsi sifarişçinin əsas vəzifələri sırasına daxildir.
