Sumqayıtda baş verən insident nəticəsində 36 yaşlı qadın bıçaq xəsarətləri alıb.

Heftelik.az-ın APA-ya istinadın verdiyi məlumata görə, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 21 yaşlı Kamran Dadaşlı şəxsi mübahisə zəminində qonşusu, 46 yaşlı Mehriban Abdullayevaya bıçaqlayıb. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, qadına sol bazunun və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir və zəruri tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.