Bakıda satılan ən bahalı mənzillər məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hazırda Bakıda satılan ən lüks mənzillər şəhərin nüfuzlu yaşayış komplekslərində yerləşir. Söhbət “Crescent Residences”, “Port Baku Residences”, “Park Hill Terrace” və “Hayat Palace” lüks yaşayış komplekslərindən gedir. Burada hazırda satışda sahəsi 246-772 kv.metr 4-8 otaqlı mənzillərin qiyməti 2,6- 5,6 milyon manat arasında dəyişir.

Bakıda ən bahalı mənzil isə “Crescent Residences”də yerləşir. 4 otaqlı 375 kv.metrlik mənzilin qiyməti 5 milyon 610 min manatdır.

Bakıda bir kv.metr üzrə ən bahalı mənzillər isə “Crescent Residences” və “Port Baku Residences”də yerləşir. “Crescent Residences”də bu rəqəm 14,9-17 min manat, “Port Baku Residences”də isə 12,9 min manat təşkil edir.

Qeyd edək ki, son üç ildə dəniz mənzərəli, böyük terraslı bu mənzillərin qiyməti 3 dəfəyə yaxın artıb.

Digər mənzillər haqqında daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Kompleksin adıSahəsi

(Kv.m)

Otaq sayı1 kv.m. üzrə qiymətÜmumi qiyməti

(AZN)

“Crescent Residences”375414 9005 610 000
“Crescent Residences”246417 0004 012 000
“Park Hill Terrace”77284 6603 600 000
“Port Baku Residences”263512 9003 400 000
“Hayat Palace”57644 6002 650 000
“Port Baku Residences”30247 9802 635 600