İdarə heyəti çoxmənzilli binanı idarə etmək və ya bu barədə müqavilələr bağlamaq səlahiyyətinə malikdir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Binaya xidmət göstərən işçiləri işə götürmək və azad etmək də onun səlahiyyətinə daxildir. Eyni zamanda, ümumi əmlakın xidmət, təmir və istismarını təmin etmək üçün müqavilələr tərtib edir. Bu, binanın texniki və inzibati xidmətlərinin fasiləsizliyini təmin edir.