Fiziki şəxs qanunla müəyyən edilmiş qaydada adını dəyişə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə təsbit olunub.
Adın dəyişdirilməsi əvvəlki hüquq və vəzifələrə təsir etmir. Şəxs ad dəyişdiyi barədə borclulara və kreditorlara məlumat verməlidir. Adını dəyişmiş şəxs əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə dəyişiklik tələb edə bilər.