Yazıçı Rəvan Cavid yaşadığı Tekirdağ şəhərində motosiklet qəzasında ağır yaralanıb.
Kulis.az xəbər verir ki, yüksək sürətlə idarə etdiyi motosikletin idarəetməsini itirməsi nəticəsində qəza törədən Rəvan Cavidin sol qolu, üzünün və başının sol tərəfi yaralanıb.
Təcili yardımla xəstəxanaya çatdırılan Rəvanın qaşına 4, dodaqlarına 6 tikiş qoyulub.
Hazırda müalicəsi davam edir.