İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirir.

Heftelik.az-ın məlumatına görə, Dəməşqdə Suriya hərbi qərargahının giriş qapısı pilotsuz uçuş aparatı ilə vurulub.

İsrail Ordusu hücumlarını druzları qorumaq adı altında həyata keçirir.

“Channel 12” Dəməşqdə Prezident Sarayını, Müdafiə Nazirliyinin binasını və Suriya Baş Qərargahının binasının hədəf alındığı barədə məlumat yayıb.

İlkin məlumata görə, hücumlar nəticəsində 6 nəfər ölüb, 28 yaralı var.

Bu arada Baş nazir Benyamin Netanyahu İsraildəki druzlara müraciət edib. Netanyahu Suveydada vəziyyətin çox ciddi olduğunu və İsrail ordusunun Suriyadakı druzları xilas etmək, o cümlədən Suriya hökumət qüvvələrini məhv etmək üçün fəaliyyət göstərdiyini deyib.

İsrailin Baş naziri druzları İsrail sərhədindən Suriyaya keçməməyə və həyatlarını riskə atmamağa çağırıb.