Çin kimya məhsullarının ixracında Rusiyaya yönəlib.

Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.

Rusiyadan əsasən  neft, qaz və metal alan Çinin bu ölkəyə plastik, boya, kimyəvi reagentlər ixracı artıb.

Bu arada Çinin təbii qaz idxalı əvvəlki illə müqayisədə 9% azaldı.

Çin üçün Rusiya neft idxalında isə əsas mənbəyə çevrilib. Rusiyadan Çinə neft ixracının artmağa davam etməsi proqnozlaşdırılır. Çinin Rusiyaya elektronika ixraci da artacaq.