Hüquqi şəxsin nizamnaməsinə edilən dəyişikliklər yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi qüvvəyə minir.

Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.

Qeydiyyat olmadan dəyişikliklərə istinad etmək mümkün deyil. Lakin qarşı tərəf dəyişiklikləri nəzərə alıbsa, qeydiyyata istinadla məsuliyyətdən yayınmaq olmaz. Bu, hüquqi sabitliyi təmin edir.