Əməkdar artist Zakir Əliyevin efirdəki sözləri birmənalı qarşılanmayıb.

Heftelik.az-ın məlumatına görə, ifaçı “Qonaqcanlı” verilişindəki çıxışında kişilərin qadınlardan üstün olduğunu dilə gətirib. Əməkdar artistin bu sözləri sosial şəbəkələrdə müzakirələrə yol açıb və tənqid edilib.

“Kişinin səsi zil çıxmalıdır. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orada bərəkət yoxdur. Xanımlar özləri bilməlidir ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Ona görə də evdə kişinin səsi zildən çıxmalıdır. Əgər o həqiqi kişidirsə”, – deyə Z.Əliyev qeyd edib.