Yekaterinburqdakı Azərbaycan diasporunun sədri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Yekaterinburqun Leninski Rayon məhkəməsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi ilə (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zorakılıq tətbiq etmək) təqsirləndirilən M. Şıxlinski barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Azərbaycan diasporunun rəhbərinin oğlunu 5 ilə qədər həbs gözləyir. Məhkəmə M. Şıxlinskini sentyabrın 14-nə kimi həbsdə saxlayaraq istintaq təcridxanasına göndərib.

Müdafiə tərəfi M.Şıxlinskinin ev dustaqlığına buraxılmasını istəyib. Mutvalı həbsini qanunsuz hesab etdiyini və qərardan apellyasiya şikayəti verəcəyini bildirib.