Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin saxlanılması ilə bağlı bəzi detallar məlum olub.

Heftelik.az “E1” portalına istinadən xəbər verir ki, Mutvalı Şıxlinski barəsində axtarış elan olunacaq.

Məlumata görə, o, hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 91-ci maddəsi əsasında iki sutka müddətinə saxlanılıb.

Saxlanma müddəti başa çatdıqdan sonra məsələ ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.

Mutvali Şıxlınskinin atası Şahin Şıxlınski barədə də cinayət işi açılıb. Ona qarşı Moskvada Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) maddəsi ilə cinayət işi açıldığı qeyd olunub.

***

15 iyul, saat 21.57

 

Yekaterinburqda Azərbaycan diasporu rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski saxlanılıb.

Heftelik.az-ın “Ura.ru”-ya istinadən verdiyi məlumata görə, Mütvəli Şıxlinski 2 saat əvvəl saxlanılıb. “E1” portalı yazıb ki, hadisəyə səbəb iyulun 1-də Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskı və oğlu Mütvəli Şıxlınskinin saxlanması zamanı sonuncunun hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirməsi olub.

Mütvəli Şıxlinski hazırda dindirilir.

Mütvəli Şıxlinskinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsi, daha sonra barəsində həbs qətimkan tədbiri seçilməsi gözlənilir.

 

Şahin Şıxlinski sərbəst buraxıldı