Trampdan Ukraynaya JEST

16 İyul 2025, 07:51

NATO ilə Ukraynaya silah tədarükünə dair razılaşma çərçivəsində “Patriot” zenit-raket komplekslərinin ilk tədarükü artıq başlayıb.

Heftelik.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə açıqlamasında bildirib.

“Onlar artıq göndərilir. Almaniyadan göndərilir və Almaniya onları yeniləri ilə əvəz edir. Hər bir halda ABŞ tam məbləğdə ödəniş alır”, – deyə Tramp qeyd edib.