Ağıl zəifliyi və ya ruhi xəstəlik səbəbilə hərəkətlərinə rəhbərlik edə bilməyənlər məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz sayılır.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Məcəllədə əksini tapıb.
Onlar üçün qəyyum təyin olunur və hüquqi əqdləri qəyyum həyata keçirir. Qəyyumun sonradan razılığı olarsa, bu əqdlər etibarlı sayılır. Bu, hüquqi müdafiəni təmin edir.