Cəmiyyətin nizamnaməsində istənilən halda yaşayış və qeyri-yaşayış sahələri üzrə ayrı səsvermə qrupları müəyyən edilə bilər.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Qruplar, həll ediləcək məsələlərin təbiətindən asılı olaraq formalaşdırılır. Bu, müxtəlif sahə növlərinə aid iştirakçıların hüquqlarını qorumağa kömək edir. Hər qrup üçün səsvermə proseduru nizamnamədə göstərilir.