Çin Çiliyə şəffaf plastik materialların ixracını artırır.
Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.
Şəffaf plastik materiallar Çilinin elektronika və qida sektoru üzrə tələbatını təmin etməyə yönəlib. Yaxın perspektivdə də şəffaf plastik materiallar iki ölkənin ticarət dövriyyəsində mühüm yer tutacaq. Çin Çiliyə polietilen, polipropilen, şüşə əvəzedici materiallar ixrac edir. Çilidən idxalda şərab, meyvə-tərəvəz, mineral xammal əsas yeri tutur.