Dənizin meyiti tapıldı

17 İyul 2025, 13:13

İyulun 16-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN-in Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 2008-ci il təvəllüdlü Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.