Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən  xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib.

Qəza nəticəsində Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hyundai” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F. Məmmədli hadisə yerində ölüb.

Sürücünün nəvələri – 2016-cı il təvəllüdlü Ə. Məmmədli və 2021-ci il təvəllüdlü A. Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün qızı, 1990-cı il təvəllüdlü Ayşən Məmmədli yüngül xəsarət alıb.