Ağdaşda su kanalında batan 17 yaşlı gənclə bağlı bəzi detallar məlum olub.

Heftelik.az Bizim.Media-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü Dəniz Nəsib oğlu Süleymanlı atası ilə Yuxarı Şirvan kanalına gedib.

O, atasının gözü qarşısında Yuxarı Şirvan kanalında çimərkən batıb. Valideyni övladına heç cür kömək edə bilməyib.
Batan yeniyetmə alpaqut idman növü üzrə respublika çempionu imiş.