Çin avtomobil ixracında rekord əldə edib.
Heftelik.az-ın xəbərinə görə, bu, Çinin bu ilin 4 ayında xarici ticarət dövriyyəsinə dair statistikada əksini tapıb.
Avtomobil ixracında elektrikli avtomobillər və hibrid maşınların xüsusi çəkisi artır. Bütün bunlar həm də Çin dövlətinin bu sahəyə xüsusi yanaşmasının nəticəsidir. Çin avtomobil istehsalı şirkətlərinə ısubsidiyalalar, vergi, gömrük güzəştləri ilə bu sahəni dəstəkləyir. Nəticədə Çin şirkətləri dünya bazarına daha ucuz və daha müasir avtomobillər çıxara bilir. Buna görə də Çin şirkətləri dünya bazarında avtomobil satışında rekord göstəricilər əldə edir.