Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində sədr nizamnaməyə əsasən seçilir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Seçilmə müddəti Məcəllənin 127.3-cü maddəsinə uyğun müəyyən olunur. Sədr idarə heyətinin qəbul etdiyi qərarların icrasını təşkil edir. O, digər vəzifəli şəxslər üçün məcburi göstəriş və sərəncamlar verir.