Qazax rayonunda Ukrayna vətəndaşı çayda boğulub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xram çayının rayonun İkinci Şıxlı kəndindən keçən hissəsində baş verib.

Həyatını itirən şəxs Ukrayna vətəndaşı 1966-cı il təvəllüdlü Sergey Litvinovdur. TIR sürücüsü olan Sergey Litvinov çayda çimən zaman boğularaq ölüb.

Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.