Saatlı rayonunda yeniyetmə Araz çayında batıb.
Heftelik.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə günorta saatlarında qeydə alınıb. Saatlı şəhər sakini, 2012-ci il təvəllüdlü Kənan Ramazanlı Araz çayında çimərkən suda batıb.
Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirili
***
Saat 15.27
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-dən Heftelik.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək