Əgər cəmiyyət iştirakçısı olmayan sahə mülkiyyətçisi öz mülkiyyət hüquqlarının pozulduğunu düşünürsə, ümumi yığıncaq qərarı ona qarşı tətbiq edilmir.

Heftelik.az-ın məlumatına görə, bu, Mənzil Məcəlləsində əksini tapıb.

Belə hallarda məsələ, 43-47-ci maddələrə uyğun keçirilən çoxmənzilli bina sahə mülkiyyətçilərinin yığıncağına çıxarılmalıdır. Bu mexanizm mülkiyyətçilərin haqlarının tam qorunmasını təmin edir. Qərarların məcburi tətbiqi yalnız razılaşdırılmış yığıncaqlardan sonra icazə verilir.